Gənclər Mərkəzi İsmayıllıda tədbir keçirib - FOTOLAR

20:42 - 26 Noyabr 2024

Gənclər Mərkəzi İsmayıllıda tədbir keçirib - FOTOLAR

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənclər Mərkəzi İctimai Birliyi “Gənc fotoovçu yaşıl kənddə” adlı layihəsi həyata keçirir.

 

Manset.az xəbər verir ki, layihə çərçivəsində İsmayıllı rayonunda keçirilən tədbirdə Gənclər Mərkəzi İctimai Birliyin sədri, layihənin rəhbəri Kənan Qubadzadə bildirib ki, layihənin müddəti 3 aydır:

Layihə gəncləri ekoturizmin inkişafı sahəsində maarifləndirmək və onları yaşadıqları yaşıl kəndlərin fotoovçusuna çevirməklə minlərlə insanı təbiətin gözəlliklərindən zövq almağa və təbiət canlılarını silahla yox fotoaparatla ovlamağı təbliğ etmək, bu prosesdə ictimai rolun artırılması, gənclərin prosesdə aktiv iştirakını təmin etmək, eyni zamanda yerli və xarici ekoturistlərin marağına səbəb olmaq əsas məqsədlərdən biridir. Ekoturistləri cəlb etmək üçün qoruqların da müstəsna əhəmiyyəti var. Ölkəmizdə kifayət qədər qoruqların, yasaqlıqların mövcudluğu da ekoloji turizmin inkişafına şərait yaradan əsas amillərdən birinə çevrilə bilər. Bunun üçün həmin məkanlara gənc fotoqrafçılar aparmaq, həmin fotoları sosial şəbəkələrdə paylaşmaqla ekoturizmin inkişafına töhfə vermiş olarıq. Eyni zamanda, yaşıl kəndlərin füsunkar mənzərələri ilə yanaşı, təbiətdəki canlıları silahla yox fotoaparatla ovlamağı, təbiətin gözəlliklərini minlərlə insanlara göstərməklə zövq almağına xidmət edəcəkdir. Layihənin bildiyiniz kimi COP 29-un keşirilməsi ərəfsində icra olunması daha mühüm əhəmiyyət kəsb edir. Bildiyiniz kimi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin 11-22 noyabr 2024-cü il tarixlərində Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. Bu günlərdə Bakıda keçirilən qlobal tədbir uğurla başa çatmışdır.”

Tədbirdə çıxış edən İsmayillı rayon İcra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və hümanitar şöbəsinin müdir müavini Nəsimi Teymurov, İsmayillı rayon İcra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və hümanitar şöbəsinin baş məsləhətçisi Gülnarə Mirzəliyeva, Regional Dağlıq Şirvan Gənclər və İdman İdarəsinin rəis müavini Fərhad Qurbanov və İsmayıllı Dövlət Hümanitar və Texnologiya Kollecinin əyani şöbəsinin müdiri Elmir Ağayev Gənclər Mərkəzi İctimai Birlinin layihəsinin şimal regionunda keçirilməsini və regionun füsunkar yaşıllığının təbliğ olunmasındakı fəaliyyətinə görə təşəkkür etdilər və İsmayıllı rayonunda “Yaşıl Dünya naminə həmrəylik ili”ndə görülən işlərdən danışdırlar.

Tədbir iştirakşılarına “Gənc fotovçu”, Gənclər Mərkəzi İctimai Birliyinin əməkdaşı Rahib Hacıyevin çəkdiyi fotolardan və məlumatlardan ibarət bukletlər, qovluqlar paylanıldı, iştirakçılara sertifikatlar verildi. İsmayillı rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və hümanitar şöbəsinin müdir müavini Nəsimi Teymurova və İsmayillı rayon İcra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və hümanitar şöbəsinin baş məsləhətçisi Gülnarə Mirzəliyevaya İsmayıllı rayonunda gənclər arasında maarifləndirin tədbirlərin təşkilində fəal iştirakına və dəstəyinə görə Gənclər Mərkəzi İctimai Birliyi tərəfindən “Gənclərin Dostu” mükafatı verildi.



Xəbər xətti

13 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin