Dəm qazı 21 yaşlı gəncin həyatına son qoydu

09:34 - 27 Noyabr 2024

Dəm qazı 21 yaşlı gəncin həyatına son qoydu

Bakıda gənc qız dəm qazından boğulub.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Yasamal rayonu Z.Kərimov küçəsindəki mənzildə baş verib.

Belə ki, həmin mənzildə kirayə yaşayan 2003-cü il təvəllüdlü Xanım Eyvaz qızı İmanovanın meyiti dünən saat 21 radələrində tapılıb.

Onun dəm qazından boğulub ölməsi məlum olub.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az