"Zurabişvili mandatının bitməsindən sonra vəzifəsini tərk edəcək"

15:40 - 1 Dekabr 2024

Gürcüstanın Prezidenti Salome Zurabişvili mandatının bitməsindən sonra vəzifəsini tərk edəcək.

 

Manset.az-ın yerli bürosu xəbər verir ki, bunu ölkənin Baş naziri İrakli Kobaxidze bildirib.

Baş nazir əlavə edib ki, Salome Zurabişvilinin səlahiyyətlərini təhvil verməkdən imtina etməsinə baxmayaraq, rezidensiyanı tərk etmək məcburiyyəti yaranacaq.

O, qeyd edib ki, Gürcüstanda təkrar parlament seçkiləri keçirilməyəcək.


Xəbər xətti

14 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin