Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Sani yeni sərmayələr və razılaşmalar üçün İngiltərəyə rəsmi səfər edib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Londona səfər edən Qətər Əmiri Şeyx Təmim maraqla qarşılanıb. Kral III Çarlz salamlama nitqində Qətər Əmiri Şeyx Təmimi “Əssəlamu Aleykum” deyərək salamlayıb . Həmin an təəccübünü gizlədə bilməyən Qətər əmiri Şeyx Təmim gülümsəyib.
Ziyarət zamanı mərasimdə David Bekham və bir çox ulduz iştirak edib və iki ölkənin 2 milyard dollarlıq müqavilə bağlayacağı öyrənilib.