Dekabrın 9-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Azərbaycan-Türkiyə Birgə Mədəniyyət Komissiyasının dördüncü iclası keçirilib.
Manset.az xatırladır ki, bu komissiyanın üçüncü iclası 13 noyabr 2023-cü il tarixində Ankarada təşkil olunub.
İclas Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov və Türkiyə mədəniyyət və turizm nazirinin müavini Batuhan Mumcunun sədrlikləri ilə gerçəkləşib.
Nazir müavini Fərid Cəfərov qonaqları salamlayaraq deyib ki, Azərbaycan və Türkiyə dövlət başçılarının dostluq və qardaşlıq münasibətləri iki ölkə arasında bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əməkdaşlığın inkişafında müstəsna rol oynayır: “Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi, biz bir millət, iki dövlətik. Bu birgə əməkdaşlıq bütün sahələrdə, xüsusən də mədəniyyət sahəsində özünü təzahür etdirir. Bu ilin 1-3 may tarixlərində ölkəmizdə “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, mayın 11-də Şuşada təşkil edilən “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimində qardaş Türkiyənin iştirakı bizim üçün xüsusilə sevindirici oldu. Ölkəmiz noyabr ayında 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisində "fəxri qonaq ölkə" qismində iştirak etdi. Bütün bunlar iki ölkə arasında mədəniyyət sahəsində yüksək səviyyəli əməkdaşlığın göstəricisidir.
Bundan başqa, 11-22 noyabr tarixlərində Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən mədəniyyətə əsaslanan iqlim fəaliyyəti üzrə Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşündə qardaş Türkiyənin mədəniyyət və turizm naziri hörmətli Mehmet Nuri Ersoyun iştirakı və çıxışı çox əhəmiyyətli idi”.
Fərid Cəfərov 2021-ci il iyunun 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalandığını xatırladıb, bu sənədin iki ölkə münasibətlərinin zirvəsi olduğunu diqqətə çatdırıb.
Azərbaycan-Türkiyə dostluğunun həm ikitərəfli, həm də beynəlxalq müstəvidə özünü göstərdiyini deyən nazir müavini söyləyib ki, UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin ötən il dekabrın 6-da Botsvananın Kasane şəhərində keçirilən 18-ci sessiyasında Azərbaycanın qeyri-maddi mədəni irsi ilə bağlı daha 4 element Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib. Onlardan ikisi Azərbaycan və Türkiyənin birgə təqdim etdiyi “Balaban sənətkarlığı və ifaçılıq sənəti” və “Sədəf sənətkarlığı” nominasiya fayllarıdır. “Təzhib sənəti” və “İftar və onunla bağlı sosial-mədəni ənənələr” çoxmillətli fayllarının qəbulu da Türkiyə və Azərbaycanın iştirakı ilə gerçəkləşib.
Türkiyə mədəniyyət və turizm nazirinin müavini Batuhan Mumcu çıxışında Azərbaycan-Türkiyə Birgə Mədəniyyət Komissiyasının ilk iclasının 2021-ci ilin 1 mart tarixində Ankara şəhərində keçirildiyini xatırladıb: “Türkiyə və Azərbaycan qədim tarixə, ortaq dil, din və mədəni köklərə malikdirlər. Buna görə də ölkələrimiz arasında əməkdaşlıq əlaqələri yüksək səviyyədə inkişaf edib və bu əməkdaşlıq gündən-günə daha da genişlənməkdədir. İki ölkənin iştirakı ilə kino, teatr, muzeyşünaslıq, kitab işi, qeyri-maddi mədəni irs də daxil olmaqla mədəniyyətin müxtəlif sahələri üzrə əhəmiyyətli addımlar atılıb, çoxsaylı layihələr həyata keçirilib”.
Qeyd olunub ki, hər iki ölkənin müvafiq nazirliklərinin təmsil olunduğu Azərbaycan-Türkiyə Birgə Mədəniyyət Komissiyasının 3-cü iclasından ötən müddət ərzində mədəni əməkdaşlıq daha da güclənib, müvafiq qurumlar arasında əlaqələr dərinləşib. Həmin iclasın yekununda imzalanmış hesabatda yer alan məsələlərin bir çoxu öz həllini tapıb, bəziləri üzərində isə işlər davam etdirilir.
Daha sonra hər iki ölkənin nazirliklərinin müvafiq struktur bölmələrinin rəhbərləri tərəfindən mədəni irs, qeyri-maddi mədəni irs, kino və digər audiovizual sahələr, muzey işi, kitab sənayesi, ifaçılıq sənəti (teatr), mədəni və yaradıcı sənayelər və normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təcrübə mübadiləsi sahəsində əməkdaşlıq, strateji inkişaf, layihələrin və təsisatların idarə edilməsi, mədəniyyət sahəsində təhsil, beynəlxalq əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. Müvafiq sahələrdə gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.
Çıxışlardan sonra Birgə komissiyanın dördüncü iclasının protokolu imzalanıb.
Protokolda iki ölkə arasında mədəni əlaqələrin gücləndirilməsi və əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər öz əksini tapıb. Sənəddə mədəni irs, muzeyşünaslıq, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, kino, kitabxanaçılıq, yaradıcı sənayelər və səhnə sənətləri, konsert və festivallar, təcrübə mübadiləsi və s. məqamlar da yer alıb.
Tərəflər Birgə komissiyanın növbəti iclasının 2025-ci ildə Türkiyədə keçirilməsi ilə bağlı razılığa gəliblər. Görüşün vaxtı və digər detallar diplomatik kanallar vasitəsilə müəyyən ediləcək.
Sonda qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim edilib.
Azərbaycan-Türkiyə Birgə Mədəniyyət Komissiyasının dördüncü iclası keçirilib
17:21 - 09 Dekabr 2024
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
27 May 2026 - 09:59
Azərbaycan mədəniyyətinə AĞIR İTKİ - FOTO
27 May 2026 - 17:16
Bayram günü AĞIR QƏZA - Ölənlər var - YENİLƏNİB
26 May 2026 - 22:06
Yeni təyin olunan direktor bu icra başçısının qardaşıdır - FOTO
27 May 2026 - 14:59
Bayram günü kabab bişirmək istədilər - Xəstəxanalıq oldular
27 May 2026 - 19:43
Prezidentə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
26 May 2026 - 22:21
Prezidentdən Qurban bayramı ilə bağlı PAYLAŞIM
27 May 2026 - 00:01
Azərbaycanda Qurban bayramı qeyd edilir
26 May 2026 - 23:23
“VAZ-2106” yük maşını ilə toqquşdu - Yaralı var
26 May 2026 - 23:53
Gəncədə evdən qadın meyiti tapıldı
26 May 2026 - 22:35
Adil Kərimli Gəncə teatrının öz həmkarlarını xilas edən əməkdaşları ilə görüşdü - FOTO
26 May 2026 - 22:52
Ceyhun Bayramov İshaq Darla görüşdü
27 May 2026 - 00:04
Bayram tətili başladı
Xəbər xətti
- 27 May 2026
- 21:20 "Yaxın saatlarda İranla razılaşmada irəliləyiş əldə oluna bilər" - Rubio
- 21:00 Şixəliyevin məhkəməsində özünü yandırmaq istəyən zərərçəkmiş vəfat etdi
- 20:43 “Yeləni” kəlağayı kolleksiyası təqdim olundu - FOTO/VİDEO
- 20:31 Zelenski İlham Əliyevi təbrik etdi
- 20:14 "Sumqayıt" 2 futbolçu ilə yolları ayırdı
- 19:43 Prezidentə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
- 19:22 Zelenski Trampa təcili məktub göndərdi
- 19:04 Putin Qazaxıstana getdi
- 18:46 Ali məktəblər “Məzun Günü”nü harada keçirəcək?
- 18:29 Ukraynada azərbaycanlı mer bıçaqlandı
- 18:14 Polislərin əlbəyaxa döyüş üzrə respublika çempionatına yekun vuruldu - FOTO/VİDEO
- 17:32 "Hizbullah"ın 150-dən çox məntəqəsinə zərbələr endirildi
- 17:16 Bayram günü AĞIR QƏZA - Ölənlər var - YENİLƏNİB
- 16:54 Rusiya ordusu Odessaya zərbə endirdi - Yaralılar var
- 16:31 "Neftçi" yeni mövsüm üçün ilk transferini elan etdi - FOTO
- 16:17 Gəncədə restoranda YANĞIN
- 15:58 Bu yollarda diqqətli olun - Sürücülərin nəzərinə
- 15:37 Polis Astarada əməliyyat keçirdi - Saxlanılanlar var
- 15:19 "Turan Tovuz" onunla müqaviləni uzatdı
- 14:59 Bayram günü kabab bişirmək istədilər - Xəstəxanalıq oldular
- 14:26 DYP-dən sürücü və piyadalara ÇAĞIRIŞ
- 14:07 Lökbatan-Güzdək yoluna müvəqqəti alternativ yol salınır - VİDEO
- 13:39 Prezidentin aqrar siyasəti - Şəhərlərdən kəndlərə qayıdış
- 13:29 Sabir Rüstəmxanlının 80 illik yubileyi qeyd olundu - FOTOLAR
- 13:15 Bayram günü hava necə olacaq?
- 12:55 Ülviyyə Həmzəyeva yenidən sədr seçildi
- 12:44 “Aqrar sektor strateji iqtisadi istiqamət kimi dəyərləndirilir”
- 12:23 Hoteldə qadınların qızıllarını ələ keçirdi - Həbs olundu
- 12:05 Sözün sehri Nicat Ərtürk yaradıcılığında
- 11:59 Paraplanla ölkəyə 47 kq narkotik gətirənlər tutuldular - VİDEO
- 11:41 Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi
- 11:35 Qurbanlıqları bu ünvanlardan ala bilərsiniz - SİYAHI
- 11:05 Alena Əliyeva “Qüsursuz Nitq Psixologiya Mərkəzi”nin tədbirində - FOTOLAR
- 10:59 Azərbaycan vətəndaşları Türkiyədə saxlanıldılar
- 10:41 Ağsuda oğurluq edən şəxs həbs olundu
- 10:22 Neftimizin bu günə olan QİYMƏTİ
- 09:59 Azərbaycan mədəniyyətinə AĞIR İTKİ - FOTO
- 09:42 "Həcdə olan zəvvarlar ziyarətlərini tamamlayıblar" - Allahşükür Paşazadə
- 09:30 İsrail səfirliyi xalqımızı təbrik etdi
- 09:14 UEFA Konfrans Liqasının qalibi bəlli olur
- 09:05 Azərbaycanda bayram namazı qılındı
- 08:30 Səhər yeməyindən imtina bu xəstəliyə yol açır
- 08:04 Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım etdi
- 08:00 Bir çox qadında bu vacib vitamin çatışmır
- 01:30 Müasir uşaqlar niyə aqressiv və narahat böyüyür?
- 00:30 Pakistanda zəlzələ oldu - Ölən və yaralılar var
- 00:04 Bayram tətili başladı
- 00:01 Azərbaycanda Qurban bayramı qeyd edilir
- 26 May 2026
- 23:53 Gəncədə evdən qadın meyiti tapıldı
- 23:38 Aleksandr Vuçiç Prezidenti təbrik etdi
- 23:23 “VAZ-2106” yük maşını ilə toqquşdu - Yaralı var