BƏƏ-də təyyarə qəzası - Ölənlər var

20:49 - 29 Dekabr 2024

BƏƏ-də təyyarə qəzası - Ölənlər var

BƏƏ-nin Ras əl-Xəymə sahillərində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

 

Manset.az xəbər verir ki, bu barədə WAM agentliyi Əmirliyin Mülki Aviasiya Baş İdarəsinə istinadən məlumat yayıb.

Məlumata görə, “Əl-Cəzirə” aviasiya və idman klubuna məxsus yüngül mühərrikli təyyarə Fars körfəzi sularında, Rəs əl-Xəymə əmirliyi sahillərində qəzaya uğrayıb.

Hadisə nəticəsində pilot və sərnişinin öldüyü qeyd edilir.

Səlahiyyətlilər təyyarənin qəzaya uğramasının səbəbini müəyyən etmək üçün araşdırmalarını davam etdirir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv