Zemfira Meftaxetdinova və Fərid Mansurov MOK-un vitse-prezidenti SEÇİLDİLƏR

13:21 - 18 Fevral 2025

Zemfira Meftaxetdinova və Fərid Mansurov MOK-un vitse-prezidenti SEÇİLDİLƏR

Fevralın 18-də Milli Olimpiya Komitəsinin lX Hesabat-seçki Baş Məclisi keçirilib.

 

Manset.az xəbər verir ki, baş Məclisdən sonra MOK-un yeni seçilmiş İcraiyyə Komitəsinin ilk iclası olub.

İclasda Azər Əliyev Milli Olimpiya Komitəsinin baş katibi, Çingiz Hüseynzadə vitse-prezident, İcra Aparatının rəhbəri, Zemfira Meftaxetdinova və Fərid Mansurov MOK-un vitse-prezidentləri seçiliblər.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti, İcra Aparatının rəhbəri, Çingiz Hüseynzadə İcraiyyə Komitəsinin yeni seçilmiş üzvlərini təbrik edərək, onlara ölkəmizdə idman və Olimpiya Hərəkatı sahəsindəki fəaliyyətlərində uğurlar arzulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az