İlham Əliyev və birinci xanım Ağdamda açılışda iştirak etdi
27 Mart 2025
17:00 - 11 Mart 2025
İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçan aparat Livanın cənubundakı Deyr-Zəhrani bölgəsində Hizbullaha məxsus avtomobilə zərbə endirib.
Manset.az xəbər verir ki, bu barədə "Al Jadeed" telekanalı məlumat yayıb.
Məlumata görə, avtomobil raketlə vurulduqdan sonra alovlanıb. Xəsarət alanlar barədə məlumat yoxdur.
Qeyd edək ki, martın 4-də Tir şəhəri yaxınlığındakı Rəşkanani kəndində Radvan xüsusi təyinatlı dəstəsinin dəniz qüvvələrinə rəhbərlik edən Hizbullahın səhra komandiri Xodr Haşim pilotsuz təyyarənin hücumu nəticəsində öldürülüb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin