“Əməkdar elm xadimi, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi hər il aprelin 15-də Azərbaycan xalqı tərəfindən sonsuz hörmət və ehtiramla anılır. Zərifə Əliyeva Azərbaycan tibb elminin, xüsusən də oftalmologiya sahəsinin inkişafına böyük töhfələr verən akademiklərimizdən olub.“
Bu fikirləri görkəmli alim-oftalmoloq Zərifə xanım Əliyevanın anım günü ilə əlaqədar Manset.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov səsləndirib.
O, bildirib ki, 1967-ci ildən Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasında fəaliyyətini davam etdirən Zərifə xanım Əliyeva burada dosent, professor, kafedra müdiri vəzifələrinədək yüksəlib, oftalmologiyanın aktual problemlərinə həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb. “Bu problemlər arasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi xüsusi yer tutur. Həmin dövrdə Zərifə xanımın diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi – gözün peşə patologiyası cəlb edir. Zərifə Əliyeva bu sahənin ilk tədqiqatçısı olur. Dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyasını yaradan Zərifə xanım elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyur. Bakı məişət kondisionerləri zavodunda təşkil edilmiş bu laboratoriyada elmi-tədqiqat işləri ilə yanaşı, iri sənaye müəssisələrinin işçilərinin müalicəsi də aparılırdı. Zərifə xanım Əliyeva müvafiq araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək Moskvada “Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə etdi. 1977-ci ildə Zərifə xanıma tibb elmləri doktoru alimlik dərəcəsi verildi.”
K.Qafarov bildirib ki, Akademik Zərifə Əliyevanın elmi fəaliyyəti oftalmologiyanın inkişafına misilsiz töhfələr verib: “Təsadüfi deyil ki, Zərifə xanım Əliyevanın əziz xatirəsi respublikamızda olduğu kimi, Azərbaycanın sərhədlərindən çox-çox uzaqlarda da səhiyyə, elm sahəsində çalışan minlərlə insanın qəlbində yaşamaqdadır. Bu, ilk növbədə, Zərifə xanımın oftalmologiya sahəsində geniş elmi axtarışları və tədqiqatları ilə bağlıdır. Məlumdur ki, görkəmli alim tibb elmində, təcrübi səhiyyədə son dərəcə əhəmiyyətli əsərlər yazıb. Bir çox sanballı tədqiqatların, o cümlədən “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Qeyd etmək lazımdır ki, Zərifə xanım Əliyevanın elmi tədqiqatları yüksək səviyyədə olmaqla bərabər, onların sosial əhəmiyyəti də olduqca böyük idi. Zərifə xanımın məhz bu sahədə xidmətləri, fəaliyyəti də yüksək qiymətləndirildi və o, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının akademiki seçildi. Xüsusilə vurğulamaq lazımdır ki, bu gün də Zərifə Əliyevanın tədqiqatlarından tibb elmində geniş istifadə olunur.”
K.Qafarov görkəmli akademikimizin milli tibb kadrlarının yetişmələrində əhəmiyyətli rolunu xüsusi vurğulayıb: “Zərifə xanım Əliyevanın elmi fəaliyyətini səciyyələndirən əsas cəhətlərdən biri də görkəmli alimin gənc həkimlərin yetişməsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etməsidir. Onun çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuş, “Yüksək etimad” kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermişdir. Zərifə xanım səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf etmişdir. Alimin birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır. Akademik Zərifə xanım Əliyevanın yetişdirdiyi həkimlər bu gün Azərbaycan səhiyyəsinin inkişafına misilsiz töhfələr verir, minlərlə insana sağlamlıq bəxş edirlər”.
"Zərifə xanım Əliyevanın xatirəsi qəlbimizdə daim yaşayır"- Kəmaləddin Qafarov
10:43 - 15 Aprel 2025

Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər

Azərbaycan hərbçiləri Qələbə paradında - VİDEO

Prezident bu qanuna dəyişiklik etdi

İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi

İlham Əliyev yeni Roma Papasını təbrik etdi

Mehriban Əliyevadan 9 May PAYLAŞIMI

İlham Əliyevlə xanımı Fəxri Xiyabanda - FOTOLAR

Anqola Prezidenti İlham Əliyevə zəng etdi

Prezidentdən Qələbə Günü PAYLAŞIMI

İsrailin müstəqilliyinin 77-ci ili - Ziyafət verildi

Ceyhun Bayramov Hindistanın hücumlarını pislədi

Videodakı uşaq danışdı - FOTO

Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfər edəcək
Xəbər xətti
- 09 May 2025
- 13:01 Paşinyan yenə özünü gülünc vəziyyətə qoydu - VİDEO
- 12:48 Nigar Camaldan müharibə iştirakçısı olan babası ilə bağlı paylaşım
- 12:33 Sabah hava necə olacaq?
- 12:28 “Neftçi Futbol Klubu”nun zərəri kəskin azaldı
- 12:18 Çaylarda suyun səviyyəsi artdı
- 12:09 Arzu və Leyla Əliyevalar Sosial Reabilitasiya Müəssisəsində - FOTOLAR
- 12:00 Bakıda uşaq bağçası bağlanır
- 11:47 Azərbaycan hərbçiləri Qələbə paradında - VİDEO
- 11:34 "BakıKart"dakı problemlə bağlı AÇIQLAMA
- 11:30 Prezident bu qanuna dəyişiklik etdi
- 11:22 Alena Əliyevadan Heydər Əliyevlə bağlı duyğusal PAYLAŞIM
- 11:15 İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi
- 11:08 Bakı-Moskva uçuşları bərpa olundu
- 10:58 Psixoloqdan valideynlərə çağırış - DİQQƏTLİ OLUN
- 10:50 İlham Əliyev yeni Roma Papasını təbrik etdi
- 10:39 Qızıl yenidən bahalaşdı
- 10:27 Bir gündə kartlardan 11 min manat oğurlandı
- 10:00 Mehriban Əliyevadan 9 May PAYLAŞIMI
- 09:53 "Sabah" "Şamaxı"ya qarşı
- 09:48 İlham Əliyevlə xanımı Fəxri Xiyabanda - FOTOLAR
- 09:40 “Varlı ölmək istəmirəm” – Bill Qeyts sərvətini buna xərcləyəcək
- 09:31 “Çelsi” və “Betis” finala yüksəldi
- 09:05 Anqola Prezidenti İlham Əliyevə zəng etdi
- 09:00 9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
- 08:00 Bu ayaqqabılar ziyanlıdır
- 07:30 Gördüyümüz yuxu yaddaşımıza necə təsir edir?
- 01:04 Papa ilk çıxışını etdi - VİDEO
- 01:00 "Tesla" telefonu nə vaxt buraxılacaq?
- 00:56 Prezidentdən Qələbə Günü PAYLAŞIMI
- 00:30 Siqareti tərgitməyin üç yolu - Araşdırma
- 00:02 İsrailin müstəqilliyinin 77-ci ili - Ziyafət verildi
- 08 May 2025
- 23:52 Ceyhun Bayramov Hindistanın hücumlarını pislədi
- 23:42 Videodakı uşaq danışdı - FOTO
- 23:39 Zelenski Trampa zəng etdi
- 23:26 SOCAR-da yüksək vəzifəyə TƏYİNAT
- 23:19 Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfər edəcək
- 23:09 Almaniya fövqəladə vəziyyət elan edəcək
- 22:59 Güləşçilərimiz beynəlxalq turniri 6 medalla başa vurdular
- 22:55 "Bitcoin" 100 min dolları keçdi
- 22:42 Fransa Merts haqqında SƏRT DANIŞDI
- 22:38 BƏƏ prezidenti İlham Əliyevə zəng etdi
- 22:36 Tramp yeni Papanı təbrik etdi
- 22:28 126 nəfər toyuq ətindən zəhərləndi
- 22:19 Qazaxda minik avtomobili daşa çırpıldı
- 22:07 "Çin bizimlə razılaşmaq istəyir" - Tramp
- 21:59 iPhone 17-də sürpriz
- 21:55 Küçə mühitində olan uşaqlarla iş layihəsi - Mühüm konfrans keçirildi
- 21:38 Yeni Papa kimdir?
- 21:29 Gəncədə elmi-praktiki konfrans keçirildi - FOTOLAR
- 21:14 "NATO-Gürcüstan təlimi 2025" başa çatdı
- 20:59 Cahit Bağçıya yüksək vəzifə VERİLDİ

