Zaqatala rayonunun bir hissəsində qaz təchizatında fasilə yaranacaq.
Manset.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
Bildirilib ki, noyabrın 3-də saat 09:00-dan işlər başa çatanadək "Zaqatala" QPS-də quraşdırılmış qaz qızdırıcı sobanın texnoloji hissəyə birləşdirilməsi ilə bağlı qaz təchizatı dayandırılacaq.
Təmir müddətində Zaqatala şəhəri və rayonun 10 kəndinin qaz təchizatında fasilə yaranacaq.