AMEA prezidenti hörümçək qalmaqalına görə izahat tələb etdi

23:51 - 19 Yanvar 2022

AMEA prezidenti hörümçək qalmaqalına görə izahat tələb etdi

Bu gün AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Manset.az xəbər verir ki, iclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Dilçilik İnstitutu tərəfindən nəşr olunmuş Orfoqrafiya lüğəti ilə bağlı mətbuatda yazılanlara  münasibət bildirib.

“Orfoqrafiya lüğətinin nəşrinə məsuliyyət daşıyan şəxslərin verdikləri izahatlar AMEA rəhbəri kimi məni qane etmir. Mən onlardan daha ciddi və əsaslı izahatlar gözləyirəm”, – deyə AMEA prezidenti bildirib.

Qeyd edək ki, Azərbaycan dilinin sonuncu orfoqrafiya lüğətindən “hörümçək” sözünün çıxarılması ilə bağlı müzakirələr səngimək bilmir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az