“Bayraktar AKINCI”dan möhtəşəm uğur - VİDEO

17:13 - 15 İyun 2022

“Bayraktar AKINCI”dan möhtəşəm uğur - VİDEO

Türkiyədə “AKINCI” pilotsuz uçuş aparatı daha bir uğura imza atıb.

 

Manset.az xəbər verir ki, bu barədə “Baykar” şirkətinin “Twitter” hesabında məlumat yayılıb.

“TÜBİTAK SAGE” tərəfindən hazırlanmış KGK-SİHA-82 ilə ilk atəş sınağı uğurla tamamlanıb.

“Baykar”ın açıqlamasına görə, “TÜBİTAK SAGE” tərəfindən hazırlanmış KGK-SİHA-82 sursatı ilə iyunun 14-də Çorludan havaya qalxan “Bayraktar AKINCI” Sinop sahillərində həyata keçirilən ilk atış sınağını müvəffəqiyyətlə tamamladı.

“AKINCI” üzərindəki elektro-optik kamera və yerdəki telemetriya antenləri 30 kilometr uzaqlıqdakı hədəfin yüksək dəqiqliklə vurulduğunu təsdiqləyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az