Ukraynada İranın 10 hərbi məsləhətçisi öldürüldü - FOTO

22:50 - 21 Oktyabr 2022

Ukraynada İranın 10 hərbi məsləhətçisi öldürüldü - FOTO

Ukraynada İranın 10 hərbi məsləhətçisi öldürülüb.

 

Manset.az xəbər verir ki, İsrailin “Jerusalem Post” qəzeti yazıb ki, Ukrayna silahlı qüvvələrinin ölkənin işğal olunmuş ərazilərinə zərbələri nəticəsində bir neçə İran hərbçisi ölüb.

İranın “Aftabnews” xəbər saytı bu barədə yazır: 

“Ukrayna rəsmisi bildirib ki, ölkənin işğal olunmuş bölgələrində Rusiya hərbçilərinə təlim keçmək üçün gələn ən azı 10 iranlı hərbçi Ukraynanın zərbələri nəticəsində həyatını itirib. Rusiya və Ukrayna arasındakı münaqişə qərblilərin “İran dronlarının istifadəsi” ilə bağlı bəyanatları nəticəsində yeni mərhələyə keçib.

Ukrayna və müttəfiqləri bildirir ki, Rusiya “Şahid 136” dronlarını İrandan alıb, amma, İran bunu inkar edir.

İran xarici işlər naziri bir müddət öncə iddia edib ki, “Rusiya ilə hərbi əməkdaşlıq edirik amma, Ukrayna savaşınq münasibətimiz bu ölkənin ərazi bütövlüyünə hörmət, tərəflərə silah göndərməmək, müharibəni dayandırmaq və əhalinin qaçqın düşməsinə son verməkdən ibarətdir”.

 


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin