Vilayət Eyvazov yüksək vəzifəli polkovniki təqaüdə göndərdi - Yeni TƏYİNAT

14:20 - 26 Oktyabr 2022

Vilayət Eyvazov yüksək vəzifəli polkovniki təqaüdə göndərdi - Yeni TƏYİNAT

Daxili İşlər Orqanlarında yeni kadr təyinatı baş tutub.

 

Manset.az-ın əldə etdiyi məlumata görə, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Nizami Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini, polis polkovniki Müşfiq Aslanov tutduğu vəzifəsindən azad olunaraq təqaüdə göndərilib. Digər əmrlə polis polkovnik-leytenantı Emil Comərdov Nizami Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini vəzifəsinə təyin edilib.

 

Qeyd edək ki, Nizami Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini vəzifəsinə təyin edilən Emil Comərdov bundan əvvəl Çevik Polis Alayında çalışıb.

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv