Allahşükür Paşazadə İranla bağlı suallardan belə yayındı

15:35 - 26 Oktyabr 2022

Allahşükür Paşazadə İranla bağlı suallardan belə yayındı

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə jurnalistlərin İranla bağlı sualına cavab verməkdən imtina edib.

 

Manset.az xəbər verir ki, "Report"un xəbərinə görə, bir qrup jurnalist Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş tutan Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII Qurultayında qonaq qismində iştirak edən A.Paşazadəyə İranın ölkəmizə qarşı hazırkı mövcud münasibətləri ilə bağlı sual ünvanlayıblar.

Lakin şeyxülislam Allahşükür Paşazadə jurnalistlərin suallarından yayınıb və mühafizəçilərin əhatəsində zalı tərk edib.


Xəbər xətti

6 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin