Rusiyada 13-cü mərtəbədən yıxılan 6 yaşlı uşaq sağ qaldı

22:34 - 4 May 2024

Rusiyada 13-cü mərtəbədən yıxılan 6 yaşlı uşaq sağ qaldı

Rusiyanın Omsk şəhərində axşam saatlarında altı yaşlı qız 13-cü mərtəbənin pəncərəsindən həyətə yıxılsa da, sağ qalıb.

 

Manset.az Ocu.az-a istinadən xəbər verir ki, valideynlər uşağı evdə yatırdıb bayıra çıxıblar, mənzilə qayıdanda isə uşağı evdə tapmayıblar.

Qısa axtarış nəticəsində uşağın həyətdə qazonun üstünə uzanıb qaldığı məlum olub.

Hadisə yerinə gələn təcili tibbi yardım xidmətinin əməkdaşları uşağı xəstəxanaya aparıblar.

Həkimlər uşağın vəziyyətini ağır qiymətləndirsələr də, onun sağ qaldığını söyləyiblər.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin