Çiyələyin bəzi sortlarının üzünə həsrət qala bilərik… - VİDEO

23:14 - 4 May 2024

Çiyələyin bəzi sortlarının üzünə həsrət qala bilərik… - VİDEO

Sabirabad çiyələyi təbii şəkildə yetişdirildiyinə görə, tam keyfiyyətli hesab olunur.

 

Manset.az xəbər verir ki, hazırda da Sabirabadın Həşimxanlı kəndində çiyələk yığımı davam edir. “Eldəniz”, “Viktoriya”, “Nataşa” sortlarına üstünlük verilir. Sentyabrda əkilən çiyələk aprel ayının sonlarından yığılmağa başlayıb.

Onun yetişdirilməsinə kifayət qədər zəhmət sərf olunur. Amma indiki qiymətlər çəkilən zəhmətə və xərcə uyğun gəlmir.

Bu səbəbdən Sabirabadda çiyələk yetişdirmə ənənəsi artıq sıradan çıxmaq üzrədir. Bu işlə məşğul olanların sayı azalır.

Ətraflı AZTV-nin süjetində:

 


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin