Azərbaycanda ilk dəfə berqamot bitkisi yetişdirildi - FOTOLAR

17:06 - 26 Oktyabr 2022

Azərbaycanda ilk dəfə berqamot bitkisi yetişdirildi - FOTOLAR

Dünyanın 40-dan artıq ölkəsinə ixrac olunan “Azerçay” ənənəsinə sadiq qalaraq daha bir yeniliyə imza atıb.

 

On illərdir fermerlərdən tonlarla çay satın alaraq onların sosial-rifah halının yüksəlməsinə mühüm töhfə verən doğma çay markası tərəfindən Azərbaycanda ilk dəfə berqamot yetişdirilib. Bu subtropik bitki ilə yeni əkin mədəniyyəti formalaşdırılır ki, nəticədə fermerlər də əlavə gəlir mənbəyi əldə etmiş olacaqlar.

Berqamot yetişdirilməsi tamamilə təbii yollarla subtropik meyvələr üçün münbit torpaq və hava şəraiti olan Masallı rayonunun çay plantasiyasının bir hissəsində əkilib. Əkin prosesindən əvvəl mütəxəssislər tərəfindən sahədə berqamotun bu torpağa uyğunluğu ilə bağlı ətraflı araşdırmalar aparılıb və analizlər götürülüb. Müsbət rəy verildikdən sonra ərazidə əkinə start verilib.

Sevindirici haldır ki, “Azerçay” tərəfindən Azərbaycanda ilk dəfə əkilən berqamot bitkisi artıq öz meyvələrini verib və məhsuldarlıq kifayət qədər yüksəkdir. Berqamot plantasiyalarının gələcəkdə də artırılması nəzərdə tutulur ki, bununla da ölkəmizin kənd təsərrüfatı məhsulları siyahısına daha biri əlavə olunacaq.



Xəbər xətti

6 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin