ABŞ-ın 2023-cü il müdafiə büdcəsini ehtiva edən qanun layihəsindən Türkiyənin F-16 almasını məhdudlaşdıran maddələr çıxarılıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qərarla bağlı Türkiyə adından ilk açıqlamanı xarici işlər naziri Mövlud Çavuşoğlu verib:
"Prezidentimiz Balidə ABŞ prezidenti Baydenlə görüşündə F-16 ilə bağlı müsbət addımların olduğunu bildirmişdi. ABŞ Konqresinin bu məsələ ilə bağlı qərarı əhəmiyyətli idi. Yekun mətndə mənfi bir ifadənin olmaması müsbət haldır. Bunu mümkün qədər tez yekunlaşdırmaq lazımdır, bu, hamının xeyrinədir”.