Qətərdə keçirilən dünya çempionatında bürünc medal qazan komanda bəlli olub.
Qarşılaşma Avropa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib. "Damalılar"ın qollarını 7-ci dəqiqədə Yosko Qvardiol, 42-ci dəqiqədə Mislav Orşiç vurub. Afrikalıların heyətində Əşrəf Dari 9-cu dəqiqədə fərqlənib.
Beləliklə, Xorvatiya seçməsi tarixində ikinci dəfə mundialın bürünc medalına sahib çıxıb. Milli 1998-ci ildə də eyni uğura imza atmışdı.
Qeyd edək ki, DÇ-2022-nin finalında Argentina və Fransa yığmaları üz-üzə gələcəklər. Dekabrın 18-də oynanılacaq matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Manset.az xəbər verir ki, üçüncü yer uğrunda oyunda Xorvatiya və Mərakeş yığmaları üz-üzə gəliblər.
20:00
Qətərdə keçirilən dünya çempionatının 3-cü yer uğrunda keçirilən Xorvatiya - Mərakeş matçında ilk hissə başa çatıb.
Manset.az xəbər verir ki, ilk hissə Xorvatiyanın 2:1 hesablı üstünlüyü ilə bitib.
19:43
Qətərdə keçirilən dünya çempionatının 3-cü yer uğrunda keçirilən Xorvatiya - Mərakeş matçında növbəti qol vurulub.
Manset.az xəbər verir ki, qarşılaşmanın 42-ci dəqiqəsində Orşiç Xorvatiyanı hesabda önə çıxarıb.
19:26
Qətərdə keçirilən dünya çempionatının 3-cü yer uğrunda keçirilən Xorvatiya - Mərakeş matçında azarkeşlər erkən qollara şahidlik edirlər.
Manset.az xəbər verir ki, qarşılaşmanın 7-ci dəqiqəsində Qvardiol Xorvatiyanı hesabda önə çıxarıb.
İki dəqiqə sonra isə Dari Mərakeşin bərabərlik qoluna imza atıb.
19:05
Qətərdə keçirilən dünya çempionatının 3-cü yer uğrunda oyununda Xorvatiya - Mərakeş matçı başlayıb.
Manset.az xəbər verir ki, qarşılaşma saat 19:00-da start götürüb.
18:15
Qətərdə keçirilən dünya çempionatının 3-cü yer uğrunda oyununda üz-üzə gələcək Xorvatiya və Mərakeş yığmalarının start heyətləri açıqlanıb.
Manset.az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.
Xorvatiya: 1. Dominik Livakoviç, 20. Yosko Qvardiol, 2. Yosip Stanisiç, 24. Yosip Şutalo, 10. Luka Modriç, 8. Mateo Kovaçiç, 7. Lovro Mayer, 4. İvan Perişiç, 9. Andrey Kramariç, 14. Marko Livaya, 18. Mislav Orsiç
Mərakeş: 1. Yassin Bunu, 18. Vavad el Yamiq, 2. Əşrəf Hakimi, 25. Yəhya Attiat-Allah, 20. Əşrəf Dari, 4. Sofyan Amrabat, 23. Bilal El Xannus, 7. Hakim Ziyeş, 11. Abdelhamid Sabiri, 17. Sofyan Bufal, 19. Yussuf En-Nesir
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.