1
avqust 2025-ci il tarixindən etibarən Birbank kartları üzrə bonus mexanizmi
yenilənib. Yeni şərtlər çərçivəsində istifadəçilər partnyor ticarət və xidmət məntəqələrində
etdikləri ödənişlərə görə artıq keşbek deyil, limitsiz Umico bonusları qazanırlar.
Bu dəyişiklik daha çox qazanc imkanı yaradır və müştəri təcrübəsini daha da zənginləşdirir.
Belə
ki, daha öncə Birbank Cashback və Birbank Star kart sahibləri partnyor məntəqələrdə
etdikləri alış-veriş zamanı keşbek qazanırdılarsa, yeni qaydalara əsasən bu ödənişlərə
görə Umico bonusları təqdim olunur. Bonusların məbləğinə heç bir limit tətbiq
olunmur. Yenilikdən faydalanmaq üçün Birbank mobil tətbiqində müvafiq ay üzrə ən
azı bir Umico bonusu kateqoriyası seçilməlidir. Əgər istifadəçi keşbek
kateqoriyasını seçərsə, partnyor ödənişləri üzrə bonus əldə edə bilmir. Yalnız Umico
bonus kateqoriyasının seçilməsi ilə limitsiz bonus toplamaq mümkündür.
Yenilənmiş
sistem istifadəçilərə həm seçilmiş bonus kateqoriyası, həm də partnyor məntəqələrdə
alış-veriş üzrə bonus qazanmaq imkanı yaradır. Məsələn, əgər cari ay üçün müştəri
“Hotellər – 3%” bonus kateqoriyasını seçibsə və ödəniş etdiyi hotel 5% bonus təqdim
edən partnyordursa, o həm 3% kateqoriya bonusunu, həm də 5% partnyor bonusu
qazanır. Nəticədə müştəri həmin əməliyyat üzrə ümumilikdə 8% Umico bonusu əldə
edir.
Hazırda
Birbank Cashback və Birbank Star kartlarında aylıq limit keşbek kateqoriyaları
üçün ümumilikdə 50 AZN, Umico bonus kateqoriyaları üçün isə ümumilikdə 100 AZN
təşkil edir. Həmçinin Birbank Premium Cashback və Birbank Umico kartları üçün
bonus kateqosiyasında 100 AZN limit tətbiq olunur. Müştərilər uyğun Birbank kartlarından istifadə etməklə
bu imkanlardan yararlana bilərlər.
Daim
ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə
nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 121
filial və 52 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin
xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı
altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank
isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul
və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif
sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.