DƏHŞƏTLİ QƏZA: Ata və qızı maşının içində ilişib qaldılar

21:26 - 22 Dekabr 2022

DƏHŞƏTLİ QƏZA: Ata və qızı maşının içində ilişib qaldılar

Ədirnə şəhər mərkəzi Abdi İpəkçi küçəsində baş verən qəza ürəkləri qorxunc dəqiqələr yaşadıb. Yol ayrıcında S.K-nın idarə etdiyi 22 ABM 979 və N.A-nın idarə etdiyi 22 EN 956 nömrəli avtomobillər toqquşub. Toqquşmanın təsiri ilə avtomobillərdən biri metrlərlə sürükləndikdən sonra dayana bilib. Geriyə hərəkət edən avtomobildə olan sürücü, ata və qızı avtomobildə ilişib qalıblar. Digər sürücülər zamanla yarışaraq avtomobildə sıxışan ata və qızı xilas ediblər.

 

Manset.az haberglobal-a istinadən xəbər verir ki, qəza yerinə yanğınsöndürən, təcili yardım və polis qrupları sövq edilib. Yanğınsöndürənlərin və vətəndaşların gərgin səyi ilə ata və qızı ilişib qaldıqları yerdən çıxarıblar. Digər avtomobilin sürücüsü və xəsarət alan ata və qızı hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıb.

Polis qrupları qəza ilə əlaqədar araşdırma başladıb.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az