Bu gün Türkiyənin iki böyük əzəli futbol rəqibi Fənərbaxça və Qalatasaray komandalarının qarşılaşması baş tutacaq.
Manset.az-ın əldə etdiyi məlumata görə, əzəli rəqiblər 396-cı dəfə qarşılaşacaqlar. Hər qarşılaşmada müxtəlif nəticələri olan oyun çox maraqla gözlənilir. Fənərbaxçanın Kadıköydəki stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək və Bein Sportda canlı yayımlanacaq.
Qeyd edək ki, qardaş Türkiyənin hər iki klubunun ölkəmizdə də böyük izləyici kütləsi var.
Manşet.az