Almaniyanın yeni müdafiə naziri Boris Pistorius bu səhər Almaniya kansleri Olaf Şolz və onun sələfi Kristin Lambrextlə birlikdə Bellevue Sarayına gedib və prezident Frank Valter Ştaynmayerdən təyinat alıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Pistorius prezident Ştaynmayerdən təyinat aldıqdan sonra Bundestaqda and içib. Ştaynmayer, Pistoriusun Almaniyanın uzun müddətdir bilmədiyi bir təhdid və təhlükə halında nazirliyin başına keçdiyini bildirib:
“İndi gələcək bütün çətinliklər və zəruri islahatlar üçün sakit bir ağıl, güclü idarəçilik, aydın dil və siyasi təcrübə lazımdır".
Ştaynmayer qeyd edib ki, Pistorius bütün bunlara malik olub və bunu o, Aşağı Saksoniya əyalətinin daxili işlər naziri və digər çətin siyasi vəzifələrdə işlədiyi 10 il ərzində nümayiş etdirib.
O, Boris Pistoriusu yeni vəzifəsi münasibətilə təbrik edib və vəzifəsini tərk edən Kristin Lambrextə xidmətlərinə görə təşəkkür edib.
Manşet.az