Milli Məclis tarixində ən çox müzakirə olunan qanun layihələrindən biri heç şübhəsiz “Siyasi partiyalar haqqında” qanun layihəsi idi. Belə ki, layihə üç oxunuşdan keçməklə yanaşı, həm də iki dəfə ictimai müzakirəyə çıxarıldı və sonda qəbul edildi.
Qanunun qəbulundan sonra partiyalar qarşısında yeni tələblər meydana çıxdı. Xüsusilə də, partiyanın qeydiyyat proseduru zamanı tələblər əvvəlkinə nisbətdə daha da artırıldı. Tələblərin artması bir çox partiyaların rəsmi qeydiyyat üçün işlərə start verməsinə səbəb olub.
Manset.az xəbər verir ki, Bizim.Media-nın araşdırmasına görə, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Ümid, Milli İstiqlal, Ana Vətən, Vətəndaş Həmrəyliyi, Ağ, Azərbaycan Xalq, Böyük Quruluş, Demokratik İslahatlar, Milli Dirçəliş, Milli Cəbhə, Respublikaçı Alternativ partiyaları artıq qeydiyyat üçün çalışmalara başlayıb.
Lakin bəzi partiyalar var ki, onlardan hələlik səs-soraq gəlmir. Bu cür partiyaların sayı isə heç də az deyil.
Belə ki, ölkəmizdə rəsmi qeydiyyatda olan partiyaların sayı 59-a bərabədir. Üzv sayı ilə bağlı məsələdə məlumat əldə etmək isə bir qədər çətin məsələdir. Çünki əksər partiyalar bu mövzuda açıq məlumatlarını ictimaiyyətlə bölüşmürlər. Bəzilərinin isə reallıqdan uzaq rəqəmlər səsləndirməsi bu mövzuda informasiya kirliliyi yaradır.
Buna rəğmən, qanunvericiliyin əvvəlki tələblərinə görə partiyanın qeydiyyatdan keçməsi üçün min nəfər üzv sayı tələbi mövcud idi. Ona görə də, ən yaxşı ehtimalla bütün partiyaların bu tələbə cavab verdiyini təxmin etmək çətin deyil.
Amma bir neçə partiya var ki, onların fəaliyyətini davam etdirib-etdirməməsi belə qeyri-müəyyəndir. Xüsusilə də, uzun müddətdir maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim etməyən partiyalar bu siyahıda daha çox nəzərə çarpır.
Söhbət Azərbaycan Dirçəliş və Tərəqqi, Milli Dövlətçilik, Azərbaycan Xalq Cəbhəsi, Vahid Kommunist, Sosial Ədalət, Vətənpərvərlər, Azad Respublikaçılar, Azadlıq partiyalarından gedir.
Bu siyasi təşkilatlar artıq 3 ildən çoxdur ki maliyyə hesabatlarını MSK-ya təqdim etmirlər. Bunlarla yanaşı, rəhbəri bu il dünyasını dəyişmiş iki partiyada da hələlik səssizlik hökm sürür.
Həmin siyasi təşkilatlar, Sosial Demokrat və Milli Konqres partiyalarının liderləri Araz Əlizadə və İxtiyar Şirin ötən ilin payızında dünyalarını dəyişiblər. Adıçəkilən siyasətçilər müvafiq olaraq 6 oktyabr və 15 noyabr tarixlərində vəfat ediblər.
Sosial Demokrat Partiyasından mətbuata verilən açıqlamada qeyd edilmişdi ki, yeni sədrin seçilməsi üçün qurultay Araz Əlizadənin 40 mərasimindən sonra təşkil olunacaq. Lakin hələ də qurultaydan səs-soraq yoxdur. Milli Konqres Partiyasında da oxşar vəziyyət hökm sürür.
Məlumat üçün qeyd edək ki, “Siyasi partiyalar haqqında” yeni qanuna görə, qeydiyyatda olan partiyalar 5 min üzv sayını toplamaq üçün 180 gün vaxt verilib. Əks təqdirdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) siyasi partiyanın ləğvi barədə apellyasiya məhkəməsində iddia qaldıracaq.
Azərbaycanda bu 10 SİYASİ PARTİYA ləğv olunacaq – SİYAHI
14:48 - 24 Yanvar 2023
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
25 Sentyabr 2026 - 09:58
Manaf Ağayevə AĞIR İTKİ
25 Sentyabr 2026 - 12:38
Şahin Bağırov məşhur Xalq artistinin oğluna xəbərdarlıq etdi - FOTO
25 Sentyabr 2026 - 11:18
Hərbçilərin əməkhaqları bu qədər ARTIRILACAQ
25 Sentyabr 2026 - 15:38
“27 Sentyabr xalqımızın yaddaşında əbədi yaşayacaq” - Millət vəkili
25 Sentyabr 2026 - 15:23
Azərbaycanda yeni təhsil naziri təyin edildi
25 Sentyabr 2026 - 14:38
Azərbaycanda bu şəxslər məzuniyyətə çıxanda əlavə pul alacaqlar
25 Sentyabr 2026 - 13:20
Sabaha olan HAVA PROQNOZU
25 Sentyabr 2026 - 12:20
Vəzir Həsənovun idarəsində yoxlama - Cəzalandırılanlar var
25 Sentyabr 2026 - 11:30
Dövlət qulluqçuları ilə bağlı YENİLİK
24 Sentyabr 2026 - 23:42
Debet kartların satışına məhdudiyyət qoyulması ilə bağlı RƏSMİ AÇIQLAMA
25 Sentyabr 2026 - 13:11
Deputatların və bir sıra yüksək vəzifəlilərin pensiya təyinatı asanlaşır
25 Sentyabr 2026 - 01:30
3 gün su içməsək, orqanizmdə nə baş verər?
Xəbər xətti
- 25 Sentyabr 2026
- 23:33 "Yeni pandemiya qaçılmazdır" - ÜST
- 23:14 Azərbaycanda bu şəxslərə 50 mənzil verildi
- 22:51 Mahnı sifarişi üstündə DAVA - Bıçaqlanan var
- 22:32 2 gün əvvəl qəzada yaralanan sürücü ÖLDÜ
- 22:16 Prezidentin general rütbəsi verdiyi şəxs bu deputatın qardaşıdır
- 21:57 Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul edəcək
- 21:46 Konqoda təyyarə qəzası - Ölənlər var
- 21:32 Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı və gündəliyi
- 21:14 Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Anım Günü ilə əlaqədar tədbir keçirildi - FOTO
- 20:49 “Sabah”ın 4 ev oyunu üçün VIP biletlərinin QİYMƏTİ
- 20:31 AHİK tərəfindən Anım Günü ilə əlaqədar tədbir keçirildi - FOTOLAR
- 20:14 Təbiətə 226 min manata yaxın ziyan vurdular
- 19:59 “AzerGold” QSC-də İndoneziyanın ölkəmizdəki səfiri ilə görüş keçirildi - FOTO
- 19:43 Bu yerlərdə yağış yağır, külək əsir - Faktiki hava
- 19:34 Vətəndaş Qəbulu Mərkəzində oktyabr üçün qəbul cədvəli
- 19:15 3 yaşlı uşağa zorakılıq etdiyi deyilən ögey atası saxlanıldı
- 18:54 İlham Əliyev Tokayevə başsağlığı verdi
- 18:42 Fəhlələri daşıyan mikroavtobus aşdı: Yaralılar var - FOTO
- 18:33 Kamran Əliyev şəhid olmuş prokurorluq əməkdaşlarının yaxınları ilə görüşdü - FOTO
- 18:14 Hazırda 19 yolda tıxac var - SİYAHI
- 17:57 Araz Əhmədov Masallıda ilk inklüziv təhsilə cəlb edilmiş şagirdi ziyarət etdi - FOTOLAR
- 17:53 2027-ci ilin büdcə layihəsi Prezidentə təqdim ediləcək
- 17:48 Bütün sosial ödənişlər ÖDƏNİLDİ
- 17:47 Dəhşətli həşərat İngiltərəni bürüdü - Vətəndaşlara xəbərdarlıq edildi
- 17:40 Səudiyyə Ərəbistanında orduya ÇAĞIRIŞ - "Hazır olun!"
- 17:40 Formula 1-in sıralama turu başa çatdı
- 17:36 Xamenei sağdır? - Pezeşkian cavabladı
- 17:23 Masallıda zona müşavirəsi keçirildi - FOTOLAR
- 17:19 "Hörmüz boğazındakı təhlükəsizliyin pozulmasına səbəb ABŞ-dir" - Əraqçi
- 17:13 Türkiyəli məşhur aktrisaya 6 ay həbs cəzası - İDDİA
- 17:03 Kompensasiya davası edən Kamran 50 yaşlı qadını tamah üstündə ÖLDÜRÜBMÜŞ
- 16:56 6 pilot mübarizəni dayandırdı
- 16:48 Gürcüstan Patriarxlığının Kürmük məbədi ilə bağlı açıqlamasına - Rəsmi Bakıdan reaksiya
- 16:45 "İnternational" BOKT-nın rəhbərindən vətəndaşa qarşı KOBUDLUQ - VİDEO
- 16:40 Ağcabədidə 8 kiloqram narkotik aşkarlandı
- 16:32 Mürsəl İbrahimov Naxçıvanda vətəndaşların problemlərini dinlədi - FOTOLAR
- 16:29 Evdə xəzinə axtaranlar 25 metr quyu qazdılar - 2 nəfər saxlanıldı
- 16:25 Avtobuslarda sərnişin sayına görə ödəniş dövrü bitir
- 16:19 "Qalatasaray"da dəyişiklik gözlənilir - Okan Burukdan sarsıdıcı PLAN
- 16:11 Almaniyada silahlı insident zamanı qaçan iki qadın polis işdən çıxarıldı
- 16:09 Ombudsmanın nümayəndəsi yekun konfransda iştirak etdi
- 16:05 Güzəştli kredit şərtləri: illik 8%-dən başlayan şərtlər
- 16:02 Ukrayna Rusiyanın bu ərazilərini hədəfə aldı - Zelenski açıqladı
- 15:58 İspaniyanın bu ərazilərində burka və niqab geyinilməsinə QADAĞA
- 15:51 İlham Əliyev Berdiməhəmmədovu təbrik etdi
- 15:46 Lənkəranda 17 kiloqramdan artıq narkotik vasitə aşkarlandı
- 15:40 İlham Əliyev onları təltif etdi - SİYAHI
- 15:38 “27 Sentyabr xalqımızın yaddaşında əbədi yaşayacaq” - Millət vəkili
- 15:35 Prezident ona general-leytenant rütbəsi verdi - SƏRƏNCAM
- 15:31 Dənizdə batan tələbələrin FOTOSU
- 15:23 Azərbaycanda yeni təhsil naziri təyin edildi