Türkiyədəki zəlzələdə ölənlərin sayı 912-ə çatdı, 5 mindən çox yaralı - YENİLƏNDİ (VİDEO)

14:14 - 6 Fevral 2023

Türkiyədəki zəlzələdə ölənlərin sayı 912-ə çatdı, 5 mindən çox yaralı - YENİLƏNDİ (VİDEO)

Türkiyə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 912-yə çatıb.

Manset.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

Onun sözlərinə görə, yaralıların sayı 5385-ə yüksəlib.

***

AFAD-ın məlumatına görə, zəlzələ 30 saniyədən daha artıq davam edib.

Dağıntılar Kahramanmaraş, Malatya, Gaziantep, Hatay, Adana, Kilis, Adıyaman, Diyarbakır, Şanlıurfa və Osmaniyedə qeydə alınıb. 

***

Həlak olanların sayı 284-ə, yaralıların sayı isə 2323-ə çatıb.

Bununla yanaşı, 1710 bina uçub. Ölü sayının artacağı gözlənilir.

***

Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) məlumatına görə, 7 bölgədə 76 nəfər həlak olub, daha 440 nəfər isə yaralanıb.

Bununla yanaşı, Malatyada 140 binanın uçduğu bildirilir. 

***

Ən son məlumata görə, zəlzələ nəticəsində Malatyada 23 ölü, 420 yaralı, Şanlıurfada 18 ölü, 67 yaralı, Diyarbakırda 6 ölü, 79 yaralı, Osmaniyedə isə 5 ölü var.

***

Ən son məlumata görə, zəlzələ nəticəsində Malatyada 23 ölü, 420 yaralı, Şanlıurfada 18 ölü, 67 yaralı, Diyarbakırda 6 ölü, 79 yaralı, Osmaniyedə isə 5 ölü var. 

***

İlkin məlumata görə, zəlzələnin episentri olan Kahramanmaraşda təbii fəlakət 7,4 bal gücündə hiss edilib. 

***

Türkiyədə güclü zəlzələ baş verib. 

Manset.az xəbər verir ki, zəlzələ Malatya, Qaziantep, Adana, Antalya, Şanlıurfa və digər şəhərlərdə müxtəlif dərəcədə hiss edilib. 

Malatyada 150-yə yaxın bina dağılıb, 3 ölü və xeyli sayda itkin var. Şanlıurfada zəlzələdən zərər çəkənlərin sayı daha çoxdur. İlkin məlumata görə, şəhərdə zəlzələ nəticəsində ölənlərin sayı 15-ə çatıb.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, ölkədə 4-cü dərəcəli həyəcan təbili elan edilib. Nazir hələ ki, dağıntı və tələfat barədə konkret rəqəm səsləndirməyib. 

 






Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin