Əliyar Ağayev UEFA-dan növbəti dəfə təyinat alıb.
Manset.az xəbər verir ki, qitə futbol qurumunun rəsmi saytının yaydığı məlumata əsasən, o, AVRO-2024-ün seçmə mərhələsinin G qrupunda keçiriləcək Bolqarıstan - Monteneqro ilk tur matçında iş başında olacaq.
Qarşılaşmada FIFA referisinə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.
Kamal Umudlu ehtiyat hakim olacaq.
Azərbaycanlı hakimlərin işinə portuqaliyalı hakim-inspektor Joao Ferreyra qiymət verəcək.
Sözügedən qarşılaşma martın 24-də keçiriləcək.