FHN İsmayıllıda baş verən zəlzələ ilə bağlı məlumat YAYDI

14:36 - 24 Mart 2023

FHN İsmayıllıda baş verən zəlzələ ilə bağlı məlumat YAYDI

Fövqəladə Hallar Nazirliyi İsmayıllı rayonu ərazisində qeydə alınan zəlzələ barədə məlumat yayıb.

 

FHN-dən Manset.az-a verilən məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, 24.03.2023-cü il tarixində saat 11:09-da İsmayıllı seysmik stansiyasından 6 km şimalda İsmayıllı rayonu ərazisində, 9 km dərinlikdə 4,2 maqnituda zəlzələ qeydə alınıb.

Zəlzələ epsentrdə 4, ətraf rayonlarda 3 bala qədər hiss olunub. Zəlzələ nəticəsində hər hansı dağıntı və ya tələfat barədə məlumat daxil olmayıb.


Xəbər xətti

14 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin