Metroda sərnişin relslərin üzərinə düşdü

15:41 - 25 Mart 2023

Metroda sərnişin relslərin üzərinə düşdü

Metronun "Memar Əcəmi” stansiyasında qorxulu anlar yaşanıb. Sərnişinlərdən biri relslərin üzərinə düşüb.

 

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində həmin kişinin ayağı zədələnib.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun verdiyi məlumata görə, stansiyaya daxil olan qatarın maşinisti dərhal reaksiya verərək qatarı saxlamağa müvəffəq olub:

"Bu gün metronun "Memar Əcəmi” stansiyasında kişi sərnişin qatar yoluna düşüb. Stansiyaya daxil olan qatarın maşinisti dərhal reaksiya verərək, qatarı saxlayıb. Buna baxmayaraq, stansiya yolunda olan sərnişinin ayağı zədələnib. Dərhal aidiyyəti üzrə tədbirlər görülüb, sərnişin qaydalara müvafiq olaraq stansiya yolundan çıxarılıb. Stansiyaya təcili tibbi yardım əməkdaşları dəvət ediliblər və xəsarət alan sərnişinə ilkin tibbi yardım göstərilib. Aidiyyəti üzrə araşdırma aparılır və digər tədbirlər görülür. Hadisə nəticəsində metronun "yaşıl xətt” üzrə hərəkət edən qatarlarının intervalında 10 dəqiqə yubanma yaranıb”.


Xəbər xətti

15 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin