Eddi İsrafilov millinin düşərgəsini tərk edir

16:42 - 25 Mart 2023

Eddi İsrafilov millinin düşərgəsini tərk edir

Millimizin üzvü Eddi İsrafilov Avro-2024-ün seçmə mərhələsinin 2-ci turunda keçiriləcək İsveç yığmasına qarşı oyunda iştirak edə bilməyəcək. 

 

Manset.az AFFA-nın saytına istinadən xəbər verir ki, buna səbəb onun Avro-2024-ün seçmə mərhələsinin ilk turunda dünən Avstriyaya 1:4 hesabı ilə uduzduqları matçın gedişində zədələnməsidir. Futbolçu bu gün millinin düşərgəsindən ayrılacaq.

Qeyd edək ki, martın  27-i keçiriləcək İsveç - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.


Xəbər xətti

18 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin