Qaradağda üzərində zorakılıq əlamətləri olan meyit aşkar edildi - YENİLƏNDİ

22:54 - 25 Mart 2023

Qaradağda üzərində zorakılıq əlamətləri olan meyit aşkar edildi - YENİLƏNDİ

Martın 25-i saat 20 radələrində paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində 1974-cü il təvəllüdlü Dəyanət Cəfərovun üzərində müxtəlif xəsarət izləri olan meyitinin aşkar edilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

 

Manset.az xəbər verir ki, bu barədə APA-ya Baş Prokurorluqdan bildirilib.

Prokurorluq əməkdaşları tərəfindən ekspert və kriminalistin iştirakı ilə hadisə yeri və meyitə baxış keçirilib, ölüm səbəbi, xəsarətlərin yaranma mexanizmi və digər halların müəyyən edilməsi üçün zəruri tədbirlər görülüb.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda araşdırma aparılır.

Nəticəsi barədə məlumat veriləcəkdir.

20:56

Martın 25-də saat 20 radələrində Qaradağ rayonu Ələt qəsəbəsində evlərin birində Dəyanət Tapdıq oğlu Cəfərovun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkarlaması barədə polisə məlumat daxil olub.

 

Manset.az xəbər verir ki, DİN-in mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanılması istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcəkdir.


Xəbər xətti

18 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin