Baş nazirdən mühüm QƏRAR
11 Oktyabr 2024
15:27 - 31 Mart 2023
Hələ yazdır, ancaq ölkədə içməli su qıt olduğu üçün qrafiklərlə verilir.
Bəs suya tələbatın dəfələrlə artdığı yayda vəziyyət daha da qəlizləşəcəkmi?
Manset.az xəbər verir ki, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katıbı Anar Cəbrayıllı "Xəzər Xəbər"ə deyib ki, yay aylarına su ehtiyatını qorumaq üçün içməli su fasilələrlə verilməyə başlanıb.
Onun sözlərinə görə, suyun fasilələrlə verilişi xüsusilə Bakıətrafı qəsəbələri, kəndləri, yeni massivləri əhatə edir.
Ölkə ərazisində suyun fasilələrlə verilməsi su çənlərinə də tələbat yaradır. "Bəs onda bir neçə il əvvəl binaların damlarındakı çənləri niyə sökdülər" sualına isə "Azərsu" sözçüsü cavab olaraq deyib ki, çəndən istifadə qadağan deyil.
Bildirilib ki, vətəndaşlar istər evin içərisində, sanuzellərdə, yaxud binanın damlarında su çənlərini bərpa edib istifadə edə bilərlər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin