Məşhur aktyor qəzada vəfat etdi

21:40 - 13 İyun 2023

Məşhur aktyor qəzada vəfat etdi

"Bir zamanlar Amerikada" filminin ulduzu Trit Uilyams motosiklet qəzasına düşüb.

 

Manset.az axşam.az-a istinadən bildirir ki, 71 yaşlı aktyor hadisə nəticəsində dünyasını dəyişib. 

Hadisə ilə bağlı rəsmi məlumatlara görə, qəza iyunun 12-də saat 17:00 radələrində Amerikanın Vermont ştatının Dorset kəndi yaxınlığında baş verib. Motosikleti Uilyams idarə edib. Bildirilib ki, avtomobildə sükan arxasında əyləşən sürücü dönmə manevri edərkən motosikleti görməyib. Qəza nəticəsində Uilyams yaralanıb.

Vertolyotla Nyu-Yorkdakı xəstəxanaya çatdırılsa da, aktyorun həyatını aldığı xəsarətlər səbəbindən xilas etmək mümkün olmayıb.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin