Daha bir ölkədə COVID-19-un yeni variantı aşkarlandı

11:15 - 21 Avqust 2023

Daha bir ölkədə COVID-19-un yeni variantı aşkarlandı

İsraildə COVID-19-un yeni variantı "BA.2.86" aşkarlanıb.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə məlumat İsrail İctimai Yayım Təşkilatı (KAN) Tel-Əviv Sourasky Tibb Mərkəzi səlahiyyətlilərinin mövzu ilə bağlı açıqlamasında yer alıb.

İsraildə aşkar edilən yeni variantın ABŞ, İngiltərə və Danimarkadan sonra dünyada aşkarlanan 4-cü hal olduğu bildirilib.

Yeni variantın daşıdığı çox sayda mutasiya ilə vaksinləri təsirsiz hala gətirə biləcəyi və bununla da Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) narahat etdiyi qeyd edilib.

Ümumdünya Səhiyyə Təşkilatı avqustun 17-də verdiyi açıqlamada "BA.2.86" olaraq elan edilən variantın statusunu və daşıdığı çox sayda mutasiyaya görə "müşahidə altında olan variant" olaraq yeniləyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az