Xəbər verdiyimiz kimi, bir neçə gün bundan əvvəl bir sıra media orqanlarında Lerik rayonunda yerləşən “Lerik Broyler” MMC-nin kəsim mərkəzində qanlı suların guya Lənkəran çayına axıdılması ilə bağlı məlumatlar yayılmışdı.
Manset.az xəbər verir ki, bununla bağlı bir sıra media nümayəndələri “Lerik Broyler” MMC-nin Lerik rayon Piran kəndində yerləşən cücə yetişdirmə mərkəzi, ferması və kəsim mərkəzini ziyarət ediblər.
Media nümayəndələri “Lerik Broyler” MMC-nin kəsim mərkəzinin ən müasir avadanlıqlarla və nano texnologiyaları əsasında fəaliyyət göstərdiyinin şahidi olublar. Təkraremal və su arıtma sexində isə müəssisənin çirkli və qanlı sularının emal edilərək yenidən texniki su kimi kəsim mərkəzində kanalların yuyulması üçün istifadə olunur.
Eyni zamanda, müəssisənin belə müasir avadanlıqlarla çalışması onun keyfiyyətinin və təmizliyinin yüksək səviyyədə olmasını sübut edir.

Həmçinin, müəssisə ilə tanış olan rəsmi dövlət qurumlarının nümayəndələri “Lerik Broyler” MMC-nin kəsim mərkəzindən Lənkəran çayına çirkli suların axıdılmadığı ilə bağlı akt tərtib ediblər.

Çəkilən videolardan da aydın görünür ki, yayılan xəbərdə illər öncə montaj olunmuş videonu indiki video kimi təqdim ediblər.
Qeyd edək ki, hazırda Bakıda böyük şəbəkə marketlərdə də satılan broyler toyuqlarının yetişdirildiyi “Lerik Broyler” MMC-nin daxilində Lerik və ətraf rayonlardan 200-ə yaxın əməkdaş çalışır.
Müəssisənin cücə yetişdirmə mərkəzi, ferması və kəsim mərkəzindən hazırlanmış həmin reportajı təqdim edirik: