Türkiyəli məşhur sənətçi və təşkilatçı Ali Kal yemək yeməyə getdiyi İstanbul Beyoğlundakı restoranda sifariş gözləyən zaman obyekt sahibinin Çin Aslanı cinsi olan itinin hücumuna məruz qalıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, itin hücumu nəticəsində sağ qulağı qopan sənətçi təcili yaxınlıqdakı özəl xəstəxanaya çatdırılıb və müalicə zamanı Kalın qulağı kəsilib.
İddiaya görə it Kala qəfildən hücum edib.
Ali Kal daha əvvəl də eyni məkanda bir turistin eyni itin hücumuna məruz qaldığını öyrənib.
Sənətçi restoran sahibinin yanına gedib vəziyyəti danışmaq istəyib. Lakin restoran sahibinin laqeyd münasibəti və itin bəzən belə aqressiv hərəkətlər etdiyini etiraf etməsindən sonra şoka düşüb.
Kal bu hadisəyə görə səhnələrə ara verdiyini və böyük maddi ziyana uğradığını bildirib.
Sənətçi qulağı olmadığı üçün psixoloji cəhətdən zədələndiyini, qulağının əvvəlki kimi olmayacağını və əməliyyat olunmalı olduğunu bildirib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Aygün
Manşet.az