Təzyiqi salan 6 "zərərli" qida

08:00 - 16 İyul 2025

Təzyiqi salan 6 \"zərərli\" qida

Qidalanma arterial təzyiqin nəzarətdə saxlanmasında əsas rol oynayır. Bizim zərərli saydığımız bəzi məhsullar əslində ürək-damar sisteminə müsbət təsir göstərir.


Manset.az Baku.ws-ə istinadən təzyiqə qarşı mübarizədə kömək edən bir neçə məhsulu təqdim edir:

1. Bütöv dənli yarmalar – günə düzgün başlamağın yolu

Şəkər miqdarı az olan bütöv dənli səhər yeməyi yarmaları qan təzyiqini aşağı salmağa yönəlmiş pəhrizə yaxşı əlavə ola bilər. 10 000 nəfərdən çox insanın iştirak etdiyi genişmiqyaslı araşdırma göstərib ki, tam taxıl istehlak edənlərdə hipertoniyanın inkişaf riski az olur. Qidalanma mütəxəssisi Karman Meyer 5 qramdan az olmayan lif tərkibli, əsas inqrediyenti tam dənli (yulaf və ya 100% bütöv dənli un) olan məhsulların seçilməsini tövsiyə edir.

2. Tünd şokolad – şirin dərman

Fəlsəfə doktoru və diyetoloq Liza Yanq bildirir ki, tərkibində 70%-dən az olmayan kakao olan tünd şokolad flavonollarla zəngindir. Bu maddələr qan damarlarının fəaliyyətini yaxşılaşdırır, damarları rahatladan və təzyiqi salan azot oksidinin səviyyəsini artırır.

3. Sobada bişmiş kartof – kalium anbarı

Sobada bişmiş kartof qan təzyiqinin tənzimlənməsi üçün vacib olan kaliumla zəngindir. Kalium damarları genişləndirir və sidiklə artıq natriumu orqanizmdən çıxarır. Diqqət yetirmək lazımdır ki, duz, yağ, pendir və ya bekonla verilən kartof natriumla yüklü olur. Ona görə də onu az duzlu bitki yağı, bir qaşıq xama, qatıq və ya zeytun yağı və göy soğanla birgə yemək tövsiyə olunur.

4. Qəhvə – gözlənilməz qoruyucu

Araşdırmalara görə, gündə 1-3 fincan qəhvə içmək yalnız təzyiqi yüksəltmir, həm də onu aşağı sala bilər. Artıq yüksək təzyiqdən əziyyət çəkən insanlarda da müntəzəm və orta miqdarda qəhvə qəbulu vəziyyəti pisləşdirmir.

5. 100% təbii portağal şirəsi – vitamin dəstəyi

Şəkərsiz təbii portağal şirəsi tərkibindəki C vitamini və kalium sayəsində təzyiqin aşağı salınmasına kömək edir.

6. Tam yağlı süd – düşündüyümüz qədər zərərli deyil

Süd yağında olan bəzi doymuş yağ növlərinin ürək sağlamlığına mənfi təsiri yoxdur. Alimlər yağlı süd məhsulları ilə yüksək təzyiq arasında birbaşa əlaqə aşkar etməyiblər.

Qeyd edək ki, bu məhsulların bəziləri əvvəl "zərərli" hesab olunsa da, onların düzgün miqdarda və uyğun şəkildə qəbul edilməsi ürək-damar sisteminin sağlamlığını dəstəkləyə bilər. Təzyiqə qarşı qidalanmada əsas olan balans və məlumatlı seçimdir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az