Hacıqabulda mikroavtobus 2 piyadanı vuraraq ÖLDÜRDÜ

09:20 - 25 Avqust 2023

Hacıqabulda mikroavtobus 2 piyadanı vuraraq ÖLDÜRDÜ

Hacıqabulda mikroavtobus iki nəfəri vuraraq öldürüb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə saat bir radələrində Bakı-Qazax magistralının Hacıqabul rayonu Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes Vito” markalı mikroatobus yolu keçən piyadaları vurub.

Onlardan biri - Muğan sakini, 1996-cı il təvəllüdlü İbadov Murad Elçin oğlu hadisə yerində keçinib, onun həmkəndlisi,1997-ci il təvəllüdlü Rzaquliyev Kənan Azər oğlu isə xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az