Polşa, Latviya, Litva rəsmiləri görüşdü - Sərhəddəki vəziyyət müzakirə edildi

19:15 - 28 Avqust 2023

Polşa, Latviya, Litva rəsmiləri görüşdü - Sərhəddəki vəziyyət müzakirə edildi

Polşanın daxili işlər və inzibati administrasiya naziri Mariuş Kaminski Estoniya, Latviya və Litvanın daxili işlər nazirləri ilə görüşüb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə,  görüş Polşanın paytaxtı Varşavada olub.

Belarus sərhədindəki vəziyyətin müzakirə edildiyi iki saat yarımlıq görüşdən sonra Polşanın daxili işlər naziri Mariuş Kaminski mətbuata açıqlama verib.

Aylardır həm Polşanın, həm də qonşu ölkələrin Belarus sərhəddində artan immiqrasiya təzyiqi ilə üzləşdiyini deyən Mariuş Kaminski, hazırda Vaqnerin minlərlə muzdlu əsgərinin sərhədə yerləşdirildiyini bildirib. 

“Belarusla sərhədimizdə vəziyyəti sabitləşdirmək üçün iki şey lazımdır. Biz Lukaşenko rejimindən tələb edirik ki, Vaqner Qrupu Belarus ərazisini dərhal tərk etsin və Belarus rəsmiləri tərəfindən sərhədə yığılmış qeyri-qanuni mühacirlərin sərhəd xəttini dərhal tərk etsin”, o əlavə edib.

Polşa daxili işlər naziri Kaminski bildirib ki, Belarusla sərhəd qonşuları olan Polşa, Litva, Latviya və Estoniya sərhədlərində hər hansı kritik hadisə baş verərsə, bu 4 ölkə Belarusla sərhəd qapılarını bağlayacaq. 

Qeyd edək ki, ABŞ administrasiyası da öz vətəndaşlarına Belarusu tərk etmələri barədə xəbərdarlıq edib.

Jalə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv