Daha bir ölkədən TikTok-a qadağa

19:45 - 30 Avqust 2023

Daha bir ölkədən TikTok-a qadağa

Qırğızıstanda TikTok-a qadağa qoyulacaq.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, Qırğızıstan Mədəniyyət, İnformasiya, İdman və Gənclik Siyasəti Nazirliyi ölkədə TikTok-un fəaliyyətinin dayandırılması ilə bağlı qərar verdiyini açıqlayıb.

Bildirilib ki, qərarın qanunvericilik çərçivəsində reallaşması üçün artıq Rəqəmsal İnkişaf Nazirliyinə müraciət göndərilib.

Sosial şəbəkənin qadağan edilməsinə səbəb uşaqların psixi inkişafına və sağlamlığına mənfi  təsirlərlə bağlı şikayətlərin artmasıdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az