Qubada ağır yol qəzası : Ölənlər var - YENİLƏNDİ

18:40 - 22 Oktyabr 2023

Qubada ağır yol qəzası : Ölənlər var  - YENİLƏNDİ

Bu gün saat 15:00 radələrində Quba-Xınalıq yolunun 3-cü kilometrliyində Quba rayon sakini Fərhad Talıbovun idarə etdiyi "VAZ-2107" və Bakı şəhər sakini Nigar Məmmədovanın idarə etdiyi “İnfiniti” markalı nəqliyyat vasitələri toqquşub.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan Manset.az-a verilən xəbərə görə, hadisə nəticəsində F.Talıbov eləcə də, sərnişinləri Sübhan Salmanov və İlkin Rzayev aldıqları bədən xəsarətlərindən hadisə yerində ölüblər.
Avtomobildə olan digər iki nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. İlkin məlumata görə, qəza toy karvanının hərəkəti zamanı baş verib.
Faktla bağlı Quba RPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

***17.43

Quba rayonunun Qəçrəş kəndi ərazisində “İnfiniti” və “VAZ 2107” markalı minik avtomobilləri toqquşub.

 

Maset.az xəbər verir ki, qəza nəticəsində 2 nəfər - Rzayev İlkin Şahin oğlu və Salmanov Sübhan Şəhriyar oğlu hadisə yerində ölüb.

Minik avtomobillərinin toqquşması nəticəsində Arif Heydərov və Yaşar Sultanov isə müxtəlif dərəcəli bədən xəsarəti alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. ///APA


Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin