İsrail-Həmas razılaşmasında kiçik çətinliklər qalır” - Qətər

13:07 - 20 Noyabr 2023

İsrail-Həmas razılaşmasında kiçik çətinliklər qalır” - Qətər

Həmas və İsrail arasında atəşkəs və girov mübadiləsi ilə bağlı bəyanatlar bir-birinin ardınca gəlir.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Amerikanın “Washington Post” qəzeti Fələstin tərəfini təmsil edən Qətərin verdiyi bəyanatlar haqqında yazıb.

Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani bildirib ki, Həmas və İsrail arasında əsir mübadiləsi ilə bağlı danışıqlarda kiçik logistik çətinliklər həll edilməlidir.

Müharibənin dayandırılmasının və yardımların daxil olması üçün humanitar dəhlizlərin açılmasının vacibliyinə işarə edən Əl Tani, “Bizim prioritetlərimizin başında dərhal atəşkəs, Qəzza zolağına qarşı bütün qisas və ayrı-seçkilik etmədən hücumlara, soyqırımlara, aclığa və məcburi köçkünlərə və uzun illərdir Qəzzaya tətbiq edilən ədalətsiz mühasirəyə son qoymaqdır” deyib.    

Əfsanə

Manşet.az

 


Xəbər xətti

24 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin