Dekabrın 4-də Heydər Əliyev Sarayında söz, saz və aşıq musiqisini sevənləri möhtəşəm bir axşam gözləyir. Təbrizin məşhur “Dalğa” musiqi qrupu növbəti dəfə sevənlərinin görüşünə gəlir.
Bu dəfəki konsert proqramında güneyli-quzeyli sənətçilər bir araya gələcəklər. Güneyli Aşıq Cavad Məhərrəmi, Aşıq Məhbub Əbdu, Aşıq Salar Mehdipur, Aşıq Xatirə Məhəmmədxanlı, Quzeydən isə Aşıq Əli Zeynalabdinov, Məhsəti Cabbarova, Mirələm Mirələmov, Anar Şuşalı, Aşıq Nazim Quliyev və digər sənətçilər həmin gün Heydər Əliyev Sarayının səhnəsində öz yeni ifalarını təqdim edəcəklər.
Möhtəşəm konsertin anonsunu Manset.az-a verən “Dalğa” musiqi qrupunun bədii rəhbəri, saz ustası Çingiz Mehdipur bildirib ki, bu konsertdə aşıq musiqisini sevənləri çoxlu sürprizlər gözləyir:
“Dədə Ələsgərdən tutmuş, bu günümüzə qədər aşıq sənətində ərsəyə gələn nadir incilər gözəl ifaçılarımızın ifası ilə səhnədən zaldakı insanların qəlbinə axacaq.
Əminəm ki, bu konsertə gələnlər aşıq musiqisinin nəhəngliyini bir daha görəcək və ona daha dərindən bağlanacaqlar”.
Qeyd edək ki, “Dalğa” musiqi qrupunun bədii rəhbəri Çingiz Mehdipur 50 ilə yaxındır ki, saz sənətin sehrində yaşayır və bu zəngin mədəni irsimizi təkcə Güneyli-Quzeyli Azərbaycanda yox, bütün dünyada təbliğ edir. Gözəl saz ustası bu günə kimi dünyanın 30-dan artıq ölkəsində konsert proqramı ilə çıxış edib. Bu sıraya ABŞ, Kanada, İspaniya, Almaniya, Yaponiya və digər ölkələr daxildir.
Çingiz Mehdipur təkcə saz ustası deyil, həm də gözəl tədqiqatçıdır. Bu vaxtadək o 100-ə yaxın aşıq havasını notlaşdırıb. Onun müəllifi olduğu “Saz məktəbi” tədris kitabı Bakıda və Təbrizdə nəşr olunub.
Bir sözlə yüz dəfə eşitməkdənsə, bir dəfə görməyi üstün bilən bütün saz, söz aşiqlərini dekabrın 4-də Heydər Əliyev Sarayına dəvət edirik.
Möhtəşəm konsert proqramı saat 20:00-da başlayacaq. Konsertin biletlərini Sarayın kassalarından və paytaxtın müxtəlif ünvanlarından əldə etmək olar.
Aşıq musiqisini sevənlərə MÜJDƏ - VİDEO
14:13 - 20 Noyabr 2023

Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər

87 yaşlı kişini cərəyan vurub öldürdü

Cəlilabadda evdə YANĞIN

Bakıda moped sürücüsü "Mercedes"in üstünə çıxdı - ANBAAN VİDEO

ANAMA-nın əməkdaşı və nişanlısı maşınla kanala düşdü - FOTO

Şəmkirdə yaşayış binasında YANĞIN

Laçında insan skeletinin qalıqları tapıldı - FOTO

Nərimanovda güclü YANĞIN

Ağdərədə mal-qara otararkən minaya düşdü - Yenilənib

Azərbaycanda dəhşətli CİNAYƏT: Oğul anasını yandırdı - VİDEO

Bakıda moped piyadanı belə vurdu - ANBAAN GÖRÜNTÜ

Ağdam-Füzuli yolunda ağır qəza - 20 yaralı

Ailənin 5-ci üzvü də öldü: 8 rəqəmi kabusu - VİDEO
Xəbər xətti
- 12 İyul 2025
- 10:18 "Sumqayıt Hospital"ın həkimi Elçin Bayramov barəsində araşdırma aparılır
- 10:09 87 yaşlı kişini cərəyan vurub öldürdü
- 09:48 “Hər ikisi məsuliyyətli futbolçudur” - Qurban Qurbanov
- 09:22 ABŞ-dən Ukraynaya 500 milyonluq hərbi yardım
- 09:00 Azərbaycanda zəlzələ oldu
- 08:30 Əsəb və stresin yaratdığı 7 xəstəlik
- 08:00 Bazarlardakı şaftalıların üzərinə boya vurulur? - VİDEO
- 01:30 10 milyona satılan çanta - FOTO
- 00:30 Qarğıdalı haqqında bilmədikləriniz - Dadlı və faydalı
- 00:07 Tovuz döyüşlərindən 5 il ötür
- 11 İyul 2025
- 23:51 Gümüş 14 ilin rekordunu vurdu
- 23:29 Sabah çimərliyə gedənlərin NƏZƏRİNƏ
- 23:01 Cəlilabadda evdə YANĞIN
- 22:46 “Qarabağ”ın növbəti transferi
- 22:11 Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü qiymətləndirdi
- 21:39 Kiyevdə hava həyəcanı verildi
- 21:19 Bu ərazilərdə qaz kəsiləcək - Sakinlərin nəzərinə
- 20:43 AKİAB üzvlərinin görüşü baş tutdu - FOTOLAR
- 20:21 Masallıda yanğın su kəmərini zədələdi - FOTO
- 19:53 Aİ Azərbaycan və Ermənistan arasında sülh prosesini diqqətlə izləyir
- 19:26 Polis ikitəkərli nəqliyyat sürücülərini maarifləndirir - FOTO/VİDEO
- 18:54 Sabah bu saatlarda çölə çıxmayın! - TÖVSİYƏ
- 18:36 Ərdoğandan PKK-nın silahları təhvil verməsi barədə PAYLAŞIM
- 18:11 Könülün ölümü ilə bağlı cinayət işi açıldı
- 17:58 "Fənərbaxça" 18 yaşlı futbolçu transfer etdi - FOTO
- 17:51 Rusiya İranın bərpasına köməklik göstərə bilər
- 17:40 Azərbaycanda qadın iynədən şoka düşdü
- 17:29 Təbiətə 68 min manatdan çox ziyan vurdular
- 17:19 Bakıda moped sürücüsü "Mercedes"in üstünə çıxdı - ANBAAN VİDEO
- 17:15 Bu rayon və şəhərlər üzrə pensiyalar ÖDƏNİLDİ
- 17:02 Qəbələ Beynəlxalq Musiqi Festivalı musiqisevərləri bir araya gətirir
- 16:59 Asensio transferi yekunlaşmaq üzrədir - Komandası bəlli oldu
- 16:47 Yevlaxda yeraltı piyada keçidinin inşası davam edir - VİDEO/FOTO
- 16:32 Dünyanın ən təhlükəli adası - Turistləri öldürməyə çalışırlar
- 16:17 "İsrailin hücumları dayanmalı, sülh yolu tapılmalıdır" - Makron
- 16:00 Yaradıcı sahələr üzrə təhsil və sənaye əməkdaşlığı müzakirə olundu - FOTO
- 15:50 Ölkəmizdə nikah sayı artdı - Boşanma azaldı
- 15:35 Adil Kərimli Lerikdə vətəndaşlarla görüşdü - FOTOLAR
- 15:29 Azərbaycana dəhşətli istilər gəlir - XƏBƏRDARLIQ
- 15:12 Azərbaycanın 2 abidəsi UNESCO-nun Dünya İrsinin İlkin Siyahısında - FOTOLAR
- 15:04 Azərbaycan əhalisinin SAYI
- 14:58 “Mədəni sferada jurnalistika” mövzusunda müsabiqənin qalibləri təltif olundu - FOTOLAR
- 14:40 “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu - FOTOLAR
- 14:27 "Biz daha böyük güclə geri dönəcəyik" - İran
- 14:18 "City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
- 13:54 Onlar 750 milyon insandan çox sərvətə sahibdir
- 13:41 Fransa Ukraynaya 50 min hərbçi göndərir
- 13:24 Adalar İspaniya yoxsa Portuqaliyaya məxsusdur? - 500 illik mübahisə
- 13:06 İmtahan nəticələri açıqlandı
- 12:58 Bizans dövrünə aid məzarlar tapıldı
- 12:44 İlham Əliyevdən mühüm FƏRMAN

