“İrəvan Bakı ilə danışıqlara hazırdır”

11:50 - 22 Noyabr 2023

“İrəvan Bakı ilə danışıqlara hazırdır”

“Ermənistan Azərbaycanla danışıqlarda iştirak etməyə hazırdır”.

 

Manset.az “Qafqazinfo”ya xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan XİN-in dünənki bəyanatına cavab olaraq yaydığı məlumatda qeyd olunub.

“Ermənistan bütün çətinlik və çağırışlara baxmayaraq, iki ölkə arasında sülhün bərqərar olması üçün real imkanın olduğunu hesab edir”, - deyə məlumatda qeyd olunub.

Həmçinin bildirilir ki, Ermənistan dövlət sərhədində delimitasiya üzrə komissiyanın iclasının keçirilməsini təklif edib. 

Xatırladaq ki, noyabrın 21-i Ermənistan sülh müqaviləsi üzrə 6-cı təkliflər paketini Azərbaycana təqdim edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az