"Səbail" son dəqiqə qolu ilə məğlubiyyətdən yan keçdi

18:04 - 02 Dekabr 2023

\"Səbail\" son dəqiqə qolu ilə məğlubiyyətdən yan keçdi

Azərbaycan Premyer Liqasında XV tura start verilib.

Manset.az xəbər verir ki, açılış oyunu "Dalğa Arena"da keçirilib.

Rəqiblərini həmin arenada qəbul edən "Araz Naxçıvan" bu dəfə "Səbail"lə qarşılaşıb. Görüşdə hesabı nominal meydan sahibləri açıblar.

Mohammed Kadiri 17-ci dəqiqədə fərqlənib. Lakin qonaqlar məğlubiyyətdən son anda qurtulublar. 90+3-cü dəqiqədə Numan Kurdiç avtoqol müəllifi olub. Nəticədə qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Bununla "Səbail" xallarının sayını 23-ə, "Araz Naxçıvan" isə 22-yə yüksəldib.

Qeyd edək ki, turun "Turan Tovuz" - "Sumqayıt" görüşü bu gün, digər matçlar isə dekabrın 3-4-də baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv