"Qalatasaray"ın prezidenti Dursun Özbək Viktor Osimhenin transferi barədə açıqlama verib.
Manset.az-ın əldə etdiyi məlumata görə, D.Özbək bildirib ki, 85 milyon insanı eyni sual maraqlandırır:
"Hazırda yarışdayıq. Futboldakı yarış bitməyib. Transfer iyunun əvvəlində başlayacaq. Heç kim kimi satıb, kimi alacağını düşünməsin. Qarşıda 5 matçımız var. Bu 5 matçda qalib gəlməyi hədəfləyirik. İndiki zamanda transfer gündəmimizdə deyil. Vaxtı gələndə fikirlərimizi sizinlə bölüşəcəyik".