Polşanın cənubundakı Cieszyn şəhərindəki stadionla bağlı verilən qərar diqqət çəkib. Cieszyn Bələdiyyəsində keçirilən şura iclasında üzvlər baxımı və təmiri 11 milyon zlotiyə (təxminən 80 milyon lirə) başa gələn stadionda saqqız çeynəməyi qadağan edib.
Manset.az xəbər verir ki, bu qərar azarkeşlərin saqqızı çeynədikdən sonra tribunadakı oturacaqlara yapışmasının qarşısını almaq üçün verilib.
Qeyd edək ki, Nordic gəzintisində istifadə edilən çubuqlar stadiona gətirilməsi qadağan edilən digər əşyalar arasında idi. Çubuqların həm tribunalarda, həm də stadionun bağlı yerlərində döşəmə örtüklərinə zərər verə biləcəyi əsası ilə qadağan olunmuş əşyalar siyahısına daxil edildiyi öbildirilib.
Həmçinin Stadiona şüşə butulka, şüşə qab, daş kimi əşyaların təhlükəsizlik səbəbi ilə buraxılmadığı, yalnız bələdçi itlərin buraxılacağı bildirilib.
Jalə
Manşet.az