Messi 83 illik rekordu təkrarladı

11:49 - 07 Dekabr 2023

Messi 83 illik rekordu təkrarladı

Argentina millisinin futbolçusu Lionel Messi Braziliya yığmasının sabiq üzvü Leonidasın rekordunu təkrarlayıb.

 

Manset.az Report-a istinadən xəbər verir ki, 36 yaşlı hücumçu buna millidəki son 15 matçın 14-də fərqlənməklə nail olub.

Təcrübəli forvard 2022-ci il iyunun 5-dən 2023-cü il sentyabrın 8-dək 14 qarşılaşmada qol vurub. Messinin seriyası oktyabrın 13-də Paraqvayı 1:0 hesabı ilə məğlub etdikləri DÇ-2026-nın seçmə mərhələsinin görüşündə qırılıb. Messi həmin oyunun ikinci hissəsində meydana çıxıb.

Leonidas isə 1932 - 1940-cı illərdə 15 görüşün 14-də fərqlənməyə nail olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv