Afrikada ilin futbolçusu adına 3 namizəd

20:40 - 07 Dekabr 2023

Afrikada ilin futbolçusu adına 3 namizəd

Afrika Futbol Konfederasiyası (CAF) 2023-cü ildə qitənin ən yaxşı futbolçusu adına 3 namizədi açıqlayıb.

 

Manset.az xəbər verir ki, bunlar “Liverpul”un misirli hücumçusu Məhəmməd Salah, “Napoli”nin nigeriyalı forvardı Viktor Osimhen və PSJ-nin mərakeşli müdafiəçisi Əşrəf Xakimidir.

Ötən mövsüm "Napoli" ilə  İtaliya çempionu olan  Osimhen 26 qol vurub və 5 qol ötürməsi edib. Sonİngiltərə Superkubokunun qalibi olan Salah 30 qol vurub, 16 məhsuldar ötürmə edib. PSJ ilə Fransa çempionu olan və Superkuboku qazanan Hakimi 39 matçda 5 qol vurub, 6 qol ötürməsi edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv