"Adana Demirspor"un futbolçusu 4 aydır maaş ala bilmir

21:46 - 3 Yanvar 2024

Azərbaycan millisinin futbolçusu Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Demirspor"da maliyyə problemi davam edir.

 

Manset.az  xəbər verir ki, bu barədə klubun hücumçusu Mbaye Nianq Fransa mətbuatına açıqlamasında deyib. O, 4 aydır maaş almadığını bildirib: A"Türkiyədəki təcrübəm  çox yaxşı gedir. Yaxşı oynayıram və matça ilk 11-likdə başlayıram. Bununla belə, ödənişlə bağlı bəzi problemlər var və bu, diqqətimi meydanda cəmləməyimə mane olur. Bir az gecikmə normal sayıla bilər, amma 4 ay keçdi. Getmək istəyirəm. Bunu rəhbərliyə dedim və danışıqlarımız davam edir. Fransaya qayıtmaq istərdim, mənim üçün prioritet budur". 

Qeyd edək ki, "Adana Demirspor" maaş problemləri səbəbindən bəzi oyunçuları ilə yolları ayırıb.


Xəbər xətti

6 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin